Polşa prezidenti Karol Navrocki Milli Təhlükəsizlik Şurasının qapalı iclasını çağırıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski X hesabında açıqlayıb.
Onun sözlərinə görə, noyabrın 3-nə təyin edilən iclasın gündəliyindəki əsas mövzulardan biri ölkədəki daimi ABŞ hərbi bazası olacaq: “Polşa Respublikasının prezidenti Karol Navrocki 3 noyabr üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Qapalı iclasda cari milli təhlükəsizlik məsələləri, eləcə də Polşada daimi Amerika hərbi bazasının tikintisi müzakirə olunacaq”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

