AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.
Qurum rəsmisi “Kəpəz” – “İmişli” matçında baş hakimin səhv qərar verdiyini söyləyib.
R.Həsənovun sözlərinə görə, “İmişli”nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.
Bundan əlavə, sədr “Sumqayıt” – “Şəfa” qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

