Darvazası bağlıdır. Amma, içəridə söküntü işlərinin aparıldığı elə kənardan da görünür… Bura Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasıdır.
Ərazidə yaşayan sakinlərdən öyrənirik ki, təxminən bir aydır söküntü işlərinə başlanılıb. Amma, xəstəxana düz üç il əvvəl bağlanıb.
ADY QSC-dən sorğumuz cavab olaraq bildirldi ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq Azərbaycan Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak Səhiyyə Nazirliyi, TƏBİB və Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilib. Bununla da dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.
Nazirlər Kabinetinin digər Sərəncamına əsasən Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Boyukmillet.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

