Çərşənbə , 18 Noyabr 2026
Drone Cameras

Yük maşınlarından 10 min manatlıq oğurluq edildi

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.

DİN-dən verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Check Also

MƏDƏNİYYƏT HEÇ KİMİN DƏDƏSİNİN TAPULU MALI DEYİL!

FƏRHAD BƏDƏLBƏYLİDƏN NEÇƏ DƏNƏ VARSA, HAMISINA SÖZÜMÜZ VAR! Bəzi adamlar mədəniyyət üzərində sahiblik və inhisarçılıq …