Cümə , 20 Noyabr 2026
Drone Cameras

Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.

Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Elektrik dirəyi kənd sakininə 9 min manat ziyan vurdu – VİDEO

Dirək aşdı, yüksək gərginlikli elektrik xəttləri 4 baş inəyin üstünə düşdü. Boyukmillet.com xəbər verir ki, …