Cümə axşamı , 2 May 2024
Drone Cameras

AŞPA missiyası Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırıb

 “Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməyib”.

APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

O, nümayəndə heyətinin AŞPA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: “Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq”.

A. Nikoloski referendum kampaniyasi zamanı bir neçə aktivistin müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini qeyd edib.

O, Azərbaycan hökumətinin bəzi fəalların azadlığa buraxılması ilə bağlı qərarını alqışladıqlarını da deyib, bu istiqamətdə növbəti addımların atılmasına çağırıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir