Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Kim Çen In: Şimali Koreya ərazilərini genişləndirmək niyyətində deyil

Şimali Koreya hegemonluq və ya ərazilərini genişləndirmək niyyətində deyil.

Boyukmillet.com xəbər verir ki, bunu ölkə lideri Kim Çen In on ölkənin yeni təyin olunmuş səfirləri ilə görüşündə bildirib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Çen In zorakılıq və təzyiqin ölkəsinin xarici siyasətinə xas olmadığını vurğulayıb.

O qeyd edib ki, Pxenyan dövlətlərin suverenliyinə və inkişaf hüquqlarına hörmət edilməsinin tərəfdarıdır.

Şimali Koreya lideri, həmçinin ölkəsinin suverenliyinə hörmət edən dövlətlərlə qarşılıqlı hörmət, bərabərlik və fayda prinsipləri əsasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Check Also

Səddam Hüseynin istifadə etdiyi təyyarə satışa çıxarılıb

İraqın “Iraqi Airways” dövlət aviaşirkəti keçmiş prezident Səddam Hüseynin istifadə etdiyi “Boeing 747SP” təyyarəsini satışa …