Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

İtaliya Azərbaycanla Ermənistan arasında dialoqu dəstəkləyir

İtaliya və Azərbaycan bir-biri üçün dost ölkələrdir. Bizim ölkələrimiz sülhün bərqərar olmasına və beynəlxalq sabitliyin təmin edilməsinə çalışır.

Boyukmillet com xəbər verir ki, bu sözləri İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

“Dünyada baş verən müharibə və münaqişələrin sülh yolu ilə həllinə töhfə verməliyik. Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması regionda sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Ermənistan arasında sülhə gətirib çıxaran dialoqu yüksək qiymətləndirdiyimizi və dəstəklədiyimizi xüsusi qeyd etmək istəyirəm”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüs İtaliya tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, İtaliya minatəmizləmə sahəsində də ölkəmizə dəstək göstərib. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində bir sıra İtaliya şirkətləri iştirak ediblər.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …