Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Tehran: “7 şərt qəbul edilməsə müzakirə aparılmayacaq”

Bölgədə sabitliyin bərpa olunması və gərginliyin azaldılması məqsədilə İranın irəli sürdüyü 7 şərti icra edilmədən heç bir addım atılmayacaq və müzakirə olmayacaq.

İran parlamentinin informasiya portalının məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı (24 noyabr) parlamentin iclasında deyib.

“İran qarşı tərəfin istənilən hərəkətinə qətiyyətli cavab verməyə və yanlış hərəkəti olduğu halda müharibənin coğrafiyasını dəyişməyə hazırdır”, – deyə o bildirib.

Qalibaf deyib ki, İranın mövqeyi aydın və dəyişilməzdir. İran vətəndaşlarının hədələnməsi, iqtisadi təzyiqlərin artırılması qarşı tərəfin çarəsizliyini göstərir.

Parlament sədri əlavə edib ki, hazırkı müharibə şəraitində ölkədə birliyin qorunması, əsaslandırılmayan ixtilafların aradan qaldırılması əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Check Also

Rusiyanın ən yeni korvetlərindən biri Liviya sahillərində batırılıb

Ukrayna Prezidenti Volodimir Zelenski Liviya sahillərində keçirilən əməliyyatda Rusiyanın “Merkuri” korvetinin batırıldığını və “Ka-27” helikopterinin …