Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Səfirlikdən İranın Naxçıvanla sərhədə hərbi texnika cəmləşdirməsi iddialarına münasibət

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə görüntülər yayılıb.

İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

Bununla belə, Səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib. (apa)

Check Also

Rusiyada “Su-34” təyyarələrin yerləşdiyi aerodrom vurulub

Bu gün gecə “Neptun” raketləri “Su-34” bombardmançı təyyarələrinin yerləşdiyi Rusiya aerodromunu vurub. Boyukmillet.com xəbər verir …