Cümə , 27 Noyabr 2026
Drone Cameras

Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan yüklərin daşınmasına görə cərimə olacaq

Operativ vergi nəzarəti əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək.

Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsinə görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun qəbul ediləcəyi halda bu tələblər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Check Also

Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edilib

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarına müraciət edib.Boyukmillet.com-un məluatına görə, müraciətdə bildirilir ki, …