Şənbə , 4 May 2024
Drone Cameras

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Salvador Kases Roka (İspaniya) – Keysey Nakano (Filippin) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev isə Ahmed Alikaj (Beynəlxalq Cüdo Federasiyası) – Aleksandru Raicu (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.

81 kq-dakı Hidayət Heydərov Almaniya təmsilçisi Aleksandr Veçerzakla, bu çəkidəki Murad Fətiyev isə monteneqrolu Neboysa Qardaseviçlə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 cüdoçusu medal qazana bilməyib. Fevralın 23-də Azərbaycanın 4 kişi və 1 qadın cüdoçusu qüvvəsini sınayacaq. 

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …