Qvatemalada, La Aurora Beynəlxalq Hava Limanında baş vermiş vertolyot qəzası nəticəsində 4 nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə yerli “Prensa Libre” portalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, vertolyot aeroportun əsas uçuş-enmə zolağı yaxınlığında yerə düşüb. İlkin məlumata görə, təyyarə xüsusi şirkətə məxsus olub.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.
Qəza ilə əlaqədar Qvatemalada beynəlxalq reyslər digər aeroportlara yönləndirilib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
