Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Ölənlərin sayı daha çoxdur” – İranlı həkim

Çindən sonra koronavirusun ən çox yayıldığı ölkə İran oldu. Qonşu ölkədə ölənlərin sayının 9-a çatdığı bildirilir.

Boyukmillet.com xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki 5 nəfərin virusdan həyatını itirməsini etiraf edib. Alternativ media isə faciənin miqyasının daha böyük olduğunu bildirir. İranda azı 750 nəfərin virusa yoluxma şübhəsiylə xəstəxanalara yerləşdirildiyi xəbər verilir.

Qonşu ölkədə xəstəliyin Qum şəhərindən yayıldığı ehtimal olunur. “Twitter”də buradakı Kamkar xəstəxanasında işləyən həkim Əlavinin səsi yayılıb. O, yaxınlarından birinə xəstəxanada 20 nəfərin öldüyünü söyləyir. Həkimin sözlərinə görə, virusa yoluxduğu hesab edilənlər paytaxt Tehrana göndəriləcək.

İraq İranla sərhədlərini bağlayıb. Küveyt bura bütün təyyarə reyslərini dayandırıb. İran bütün təyyarələrində dezinfeksiya işləri aparır.

Bu gün gündüz saatlarında Kanadaya uçan 30 yaşlı iranlı qadında koronavirus aşkarlanıb. Şimali Amerika dövləti qadını xəstəxanaya yerləşdirib. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …