Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

Fevralın 25-də İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. İSTAD – İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə düzənlənən tədbir İstanbul Kadıköy Bahariye caddesi Halk Egitim Merkezinin önündən başlayaraq, eyni yolun üzərində olan Süreyya Operasının qarşısında mətbuat açıqlaması və bəyanat səsləndirdilər.İSTAD-ın sədri Səfər Karakoyunlu bildirib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Ona görə də bütün tərəqqipərvər dünya bu mövzuda Azərbaycanı tam dəstəkləməlidir. “Ermənistan təəssüflər olsun ki, bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qərarlar verib, lakin hələ də erməni silahlı qüvvələri Azərbaycan torğaqlarını işğaldan azad etmək istəmir. XX əsrdə onlar Xocalı kimi dəhşətli bir soyqırım aktı törədiblər, lakin hələ də özlərini məzlum xalq kimi təqdim edir, Türkiyəyə qarşı əsassız soyqırım iddiaları irəli sürürlər”.ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, son iki əsrdə ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirib, yaşadığımız bölgədə etnik təmizləmə siyasəti aparıblar: “Ermənilərin apardıqları bu etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə ötən bu iki əsr müddətində 2 milyondan artıq azərbaycanlı, türk və digər müsəlman xalqları müxtəlif vaxtlarda öz üzərində hiss ediblər.Ermənilərin, xüsusilə 20-ci əsrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasız qalması onları daha da ruhlandırıb, zaman-zaman onlar bu cür faciələr törətməklə yanaşı, həm də bütün dünyada özlərini məzlum və soyqırıma məruz qalan bir xalq kimi təqdim ediblər”.İlham İsmayılov qeyd edib ki, erməni yalanlarına və onların işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq üçün qardaşlıq bağlarımız daha da güclü bir şəkil almalıdır: “Bu gün biz dünyanın əsas şəhərlərindən olan İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsini anırıq. Bu bir insanlıq və qardaşlıq borcudur. Ona görə sizlərə təşəkkür edirik. Biz həm də əsrin əvvəllərində 1918-ci ildə bizi ermənilərin törətdiyi növbəti soyqırımlardan xilas edən Qafqaz İslam Ordusunun fədakar komutanı Nuru Paşanı və onun əsgərlərini yad edirik. Onlar zamanında yetişməsəydilər ermənilər hələ 100 il əvvəl bizim soyumuzun axırına çıxacaqdılar. Bütün bunlar göstərir ki, biz hər zamanan qonşuluğumuzda bizim torpaqlarda yerləşdirilmiş ermənilərlə daima eyni coğrafiyada yaşamaq məcburiyyətində qalacayıq. Bu isə o deməkdir ki, zaman-zaman onlardan hər zaman yenidən bir fəlakət, müharibə gözləməliyik. Onların qarşısında isə bizə hər zaman dayanmağa bir güc, qüvvət səbəb olacaqdır; bu bizim qardaşlığımız və bir-birimizə qarşı olan həmrəyliyimizdir”.Yürüşdə İstanbulda yaşayan soydaşlarımız, eyni zamanda, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Yürüş boyu səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “İşğalı dayandır!”, “Ermənistan işğal etdiyin torpaqları azad et” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı məlumatlar verilib.Yürüş iştirakçıları Süreyya Operasının qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırıb, bəyanat səsləndiriblər. Bəyanatda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərini kökündən sarsıtmaqla, bütün insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur ki, 28 il əvvəl bu cür dəhşətli qətliamı törədənlərin cəzalandırılmaması insanlıq və bəşəri dəyərlər adına utanverici bir hal olaraq qalmaqdadır. Düz 28 ildir ki, dünyada sülhü və ədaləti təmsil edən beynəlxalq təşkilatlar bu dəhşətli genosid aktına layiqli adekvat münasibət bildirməyiblər. Doğrudur, dünyanın 10-dan çox ölkəsində bu qətliamlar Xocalı soyqırımı kimi tanınıb. Lakin biz hesab edirik ki, Xocalı soyqırımının bütün dünyanın aparıcı dövlətləri tərəfindən tanınması və günahkarların layiqincə cəzalandırılması bu soyqırım qurbanlarının xatirəsinə ehtiram olardı.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …