Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır

Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik, habelə iqtisadi tərəqqi üçün əsaslı zəmin rolunu oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar bildirib.

İki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi, ticarət əlaqələrinin olduğunu deyən B.Dündar əlavə edib ki, Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxış edərkən də bildirdi ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir və iki ölkə arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. Federasiya sədri qeyd edib ki, Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr təkcə iki ölkə üçün deyil, eləcə də region, Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP, TAP layihələri, eləcə də Bakı-Tbilisi-Qars, Qars-Naxçıvan, Qars-İğdır-Naxçıvan dəmir yolu xətləri və digərləri iki ölkə arasında münasibətləri bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də Türkiyə və Azərbaycanın daha da güclənməsinə xidmət edir.

Bilal Dündar vurğulayıb ki, ölkələrarasında iqtisadi və diplomatik əlaqələrlə yanaşı, hərbi sahədə də əməkdaşlıq güclənir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin birgə hərbi təlimlər barədə də danışan dövlət başçısı həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu istiqamətdə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır.

“Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa İttifaqı, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş tarixi torpaqlarından dərhal çıxarılması tələbini irəli sürür. Azərbaycan da bütün beynəlxalq platformalarda Türkiyənin maraqlarından çıxış edərək, hər zaman qardaş ölkənin yanında olduğunu və dəstəklədiyini bəyan edir”, – deyə Bilal Dündar qeyd edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …