Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azay Quliyev: `Fransaya etirazımızı bildirməliyik`

“Fransa prezidenti Fransua Ollandın erməni diaspor nümayəndələri ilə görüşdə səsləndirdiyi “Xalqlar öz müqəddəratını həll etməlidir” ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir”.
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkil Azay Quliyev deyib.
 
Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı Fransaya nota verməlidir: “Bu cür hallar dəfələrlə baş verib. Fransanın münaqişə ilə bağlı sərgilədiyi mövqe həmişə erməniləri dəstəkləmək olub. Bu gün separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə Fransaya etiraz notası göndərilməlidir. Onun daşıdığı mandata uyğun olmadığı qeyd olunmalıdır. Bizim XİN bu məsələyə adekvat cavab verməlidir. Azərbaycan olaraq Fransaya öz etirazımızı bildirməliyik”.
 
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Fransan prezidentinin fikirləri təhrif olunub: “Fransa Prezidentinin çıxışı tam yazılmayıb. Onun dedikləri erməni mətbuatından götürülüb, bu da təhrifdən ibarətdir. Səməd Seyidova göstəriş verdim, bununla bağlı araşdırma apardı, çıxışın tam yazılmadığı öz əksini tapdı”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir