Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Bakıda partiya sədri həbs edildi

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev həbs olunub. Bu barədə İslam Partiyası məlumat yayıb.

Boyukmillet.com Turan-a istinadla xəbər verir ki, AİP-ə rəhbərlik edən İlham Əliyev fevralın 29-da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu gün, martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Partiya bildirir ki, İlham Əliyev fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb və sonra onun haqqında heç bir məlumat verilməyib.

Azərbaycanda partiya rəhbəri həbs edilib

İ. Əliyev

Dövlət Təhlükəsizliyi Xidməti hələ İlham Əliyevin həbsi ilə bağlı məlumat yaymayıb.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında saxlanılıb. O, qanunsuz silah saxlama, Konstitusiya quruluşunu dəyişməyə cəhd və başqa cinayətlərdə ittiham edilərək 12 il həbs cəzası alıb. 

Check Also

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 …