Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ruslar Gümrüdə Qarsı fəth edən padşaha büst qoydu – Moskva nəyə işarə edir?

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ərazisində rus çarı I Nikolayın büstü qoyulub (1796-1855). I Nikolay taxt-taca 1825-ci ildə qanuni varis imtina etdikdən və olduqca şübhəli şəraitdə sahib olub. Üstəlik, o, taca sahib olmaq istəməyib. İki dəfə imtina etməyə çalışıb, amma uğursuz olub. Taclandığı gün, dekabristlərin üsyanı baş verib. Həmin üsyan da yatırılıb.

Konkret.az erməni mediasına istinadən xəbər verir ki, I Nikolay Rusiyanı bürokratik prinsiplərlə idarə edib. O prinsiplər bu günədək də davam edir. Sibirin inkişafı onun hakimiyyəti dövründə başlamışdır. O vaxt liberal fikirlərə qarşı mübarizə aparan və ciddi senzura ilə məşğul olan gizli polis yaradılıb.

I Nikolayın dövründə Rusiya pravoslav əhalisini qorumaq bəhanəsi ilə Avropa və Asiyada bir sıra müharibələrdə iştirak edib. Xüsusilə, Osmanlı İmperiyası ilə müharibə nəticəsində pravoslav xalqlar Osmanlı boyunduruğunu qismən atıblar.

Rusiya Cənubi Qafqazda, Fars və Porta qarşı da vuruşub, nəticədə erməni əraziləri Rusiyaya geri qaytarılıb. Rusiya Gümrünü özünün forpostuna çevirib, adını Aleksandropol qoyub, rus ordusu Qars, Ardahan, Axalkalaki və ətraf əraziləri işğal edib.

Avropada rus hərbi kampaniyaları serblərin, rumınların, yunanların müstəqilliyinə səbəb olub, Cənubi Qafqazda erməni subyektivliyinin bərpası məsələsi isə gündəmdə olmayıb.

Birinci Nikolayın hakimiyyəti dövründə Rusiya bir müddət Qara dənizdə üstünlüyü təmin edə bilib və Konstantinopolda daha böyük nüfuza sahib olub.

Bu mənada, I Nikolayın büstünün bazanın ərazisində quraşdırılması məntiqli görünür. Məlumdur ki, Putinin ən çox sevdiyi çar Rusiya prezidenti tərəfindən abidəsinin açıldığı Üçüncü – Aleksandr idi. Aleksandrın sözləri heykəl üzərində həkk olunub – Rusiyanın öz ordusu və donanmasından başqa müttəfiqi yoxdur. Açılışda Putin deyib ki, Üçüncü Aleksandrın dövründə Rusiya dünyada 13 il sülh şəraitində yaşayıb.

Bu günlərdə Putin bildirib ki, Rusiya heç kimlə döyüşmək niyyətində deyil, elə şərait yaradılır ki, heç kim Rusiya ilə döyüşməyi düşünməsin. Bu, bir tərəfdən, Üçüncü Aleksandrın obrazına uyğundur, digər tərəfdən isə Putin öz hərəkətlərində Nikolayla daha çox oxşardır: birincisi, o da prezident olmaq istəmirdi, ya da yalnız bir müddətə dövləti idarə etmək istəyirdi.

Putin prezident olanda Rusiyada bürokratiya dərinləşməyə başladı, xüsusi xidmət orqanlarının üstünlüyü zirvəyə çatdı. 2014-cü ildən bu yana Rusiya təcavüzkar xarici siyasət yürüdür, Avropa, Asiya və Afrikada hərbi əməliyyatlar həyata keçirir.

İndi Rusiya Türkiyə ilə gərgin münasibətlərdədir, Ankara hətta müharibə ilə təhdid olunur. Gümrüdəki I Nikolayın büstünün qoyulması Rusiyanın tarixi iddiaları ilə əlaqədardır, yoxsa “sülhməramlı” Putin Türkiyəyə başqa bir güzəştə gedəcək?

İ Nikolay birinci Krım müharibəsində İngilis-fransız-Türk Birliyinə uduzub və qripdən ölüb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …