Cümə , 22 Noyabr 2024
Drone Cameras

Zeynəb Xanlarovanın konserti təxirə salınır? – Koronavirusa görə

Koronavirusun yayılması ilə bağlı bir çox konsertlərin vaxtı dəyişdirilib. Son zamanlar sosial mediada xəbər yayılıb ki, Xalq artisti Zeynəb Xanlarovanın da konserti təxirə salınacaq.
Boyukmillet.com xəbər verir ki məsələni aydınlaşdırmaq üçün Modern.az Bakı Konqres Mərkəzi ilə əlaqə saxlayıb.
Bakı Konqres Mərkəzindən saytımıza bildirilib ki, təxirə salınma ilə bağlı hələ ki onlara məlumat verilməyib:
“Çox güman ki, bu konsert də təxirə salınacaq. Yenə də bildiririk ki, dəqiq məlumatımız yoxdur. Təxirə salınma ilə bağlı bir xəbər olsa, mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi. Müğənninin 12 ildən sonra – martın 18-də Bakı Konqres Mərkəzində yenidən konsert verəcəyi gözlənilir.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …