Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.
Boyukmillet.com xəbər verir ki, Çingiz Qənizadə fevralın 9-da keçirilən parlament seçkiləri, seçildiyi dairənin nəticələrinin ləğvi və digər məsələlər haqda danışaraq, maraqlı məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, “Sadə həqiqətlər” verilişinin sözügedən buraxılışı martın 6-sı saat 22:00-da yayımlanacaq.