Bazar , 22 Dekabr 2024
Drone Cameras

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi barədə tapşırıq verib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

Musavat.com-un MN-in saytına istinadən verdiyi məlumata görə, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.

Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.

Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir