Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Nəsimi rayonunda söküntü narazılıq yaratdı-FOTOLAR,VİDEO

Nəsimi rayonunun  ərazisində Akademik Həsən Əliyev 10 ünvanında,kimya şəhərciyi deyilən ərazidə söküntü işləri aparılır.Sakinlərdən Boyukmillet.com-a verilən məlumata əsasən bir müddət əvvəl söküntü işləri aparılarkən həmin ərazidə yaşayan sakinlərə bildirilib ki, burada abadlıq işləri görüləcəkdir.Sakinlərin dediyinə görə Nəsimi rayonunun icra hakimiyyətinin nümayəndələri deyir ki, Leyla xanım Əliyevanın layihəsi çərçivəsində bu ərazidə gözəl oyun meydançası və əhalinin istirahəti üçün şərait yaradılacaqdır.Bu məqsədlə həyətdə olan bütün oturacaqlar sökülüb aparılıb. Hazırda sakinlər bildirir ki, deyilənlərin əksi olaraq, abadlıq işləri deyil bu ərazidə hansısa tikinti işləri planlaşdırılır. Ərazidən çəkilmiş fotoları və videonu təqdim edirik:

Boyukmillet.com informasiya portalı olaraq inanırıq ki,vətəndaşların haqqlı narazılığına müvafiq qurumlar müsbət münasibət bildirəcəkdir.

Nəsimi Rayonun İcra Hakimiyyətinin mövqeyinidə dərc etməyə hazırıq.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …