Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Sevindirici xəbər: Sağalanların sayı çoxalır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 16-na olan son hesabatını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, hesabata əsasən, koronavirusa yoluxan ölkələrin sayı 157-yə çatıb.

Virusa ümumi yoluxanların sayı 169 min 610 nəfər təşkil edib. Gün ərzində yoluxanların sayında azalma müşahidə olunub. Belə ki, son sutka ərzində dünya üzrə cəmi 192 yoluxma hadisəsi qeydə alınıb.

ÜST-nin hesabatına əsasən, sutka ərzində 15 yeni ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 6518-ə çatıb. Ümumi sağalanların sayında ciddi artım var. Son sutka ərzində 1600 nəfər sağalaraq evlərinə buraxılıb. /Axar.az/

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …