Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda avtobuslara dezinfeksiya məhlulları yerləşdirildi

Martın 18-də Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarajında avtobusların dezinfeksiya olunması, xarici və daxili görünüşünün təmiz olması, o cümlədən dezinfeksiya məhlullarının yerləşdirilməsi ilə bağlı avtobuslara baxış keçirilib.

Boyukmillet.com-un xəbərinə görə, həmin gün saat 21:00-03:00 arasında 24 daşıyıcının 82 marşrutu üzrə 730 ədəd avtonəqliyyat vasitəsinin qaraj şəraitində yuma və 523 avtobusda dezinfeksiya işlərinin aparılması BNA-nın əməkdaşları tərəfindən müşahidə edilib, fotoşəkillər və video görüntülər çəkilib, görülən işlərə dair akt formaları tərtib edilib.

Qeyd olunan saat aralığında təmizlənməsi müşahidə olunmayan avtobuslarla bağlı daşıyıcılar tərəfindən bildirilib ki, avtobusların çıxış vaxtına kimi tam şəkildə təmizləmə işləri icra ediləcək. Eyni zamanda, daşıyıcılara tapşırılıb ki, prosses hər axşam baş tutacaq və gün ərzində marşrutların başlanğıc və son dayanacaqlarında avtobusların təmizliyinə BNA tərəfindən nəzarət ediləcək. Qarajlarda nəzarət müddətində oturacaqları sıradan çıxmış, döşəməsi yararsız olan avtobusların da qısa müddət ərzində təmir edilməsi, oturacaqların yeni üzlüklərlə əvəz edilməsi barədə də əməkdaşlarımız tərəfindən məsul şəxsərə xəbərdarlıq edilib.Həmçinin, yolboyu qarajdan kənar saxlanılan avtobusların da şəkilləri çəkilib, ümumi qeydiyyatı aparılıb. Bundan başqa, taksi minik avtomobillərinin də mümkün qədər nəzarətdə saxlanılmasını nəzərə alaraq, bu sahəyə ayrılan əməkdaş tərəfindən verilən məlumata əsasən martın 18-də bəzi taksi şirkətlərində də dezinfeksiya və təmizləmə işləri aparılıb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …