Cümə axşamı , 2 May 2024
Drone Cameras

“Koronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzə dinlənilib

Boyukmillet.com-un məlumatına görə AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” 11 mart 2020-ci il tarixli sərəncamı ilə bağlı məlumat verib. O, dünyada pandemiyaya çevrilən koronavirus xəstəliyinin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən zəruri tədbirlərin görüldüyünü qeyd edib, bölmənin elmi-tədqiqat müəssisələrində dezinfeksiya işlərinin aparıldığını söyləyib.

Sonra bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbərləri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun “Koronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzə dinlənildikdən sonra mövzu ilə bağlı akademik Tariyel Talıbov və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış ediblər.

İclasda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsi

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …