Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Nazirliyin mərkəzi xəzinədarlığında hesab açılıb.
Açılmış xəzinə hesabının rekvizitləri aşağıdakı kimidir:
Hesabın adı : Koronavirusla Mübarizəyə Dəstək Fondu
Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi
VÖEN : 0200003621
Hesabın №-si : AZ21NABZ12360100000000005944
Bankın adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi
Bankın Kodu : 502906
Muxbir hesab : AZ88NABZ01451700000000012944
Bankın VÖEN-i : 0200087741
SWIFT BIK : NABZAZ2C