İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb.
Avropa.info xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb. Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.
Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb.
Araşdırma aparılır.
Check Also
2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ
Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
