Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycan Prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan “Çekmeköy 2023” jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.
“Report” “Azərtac”a istinadən xəbər verir ki, dövlət başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb.
Mükafatı aprelin 5-də İstanbulun “Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib.
Baş konsul deyib ki, Azərbaycan Prezidentinə verilən bu mükafat Türkiyə xalqının dövlətimizin başçısına olan tükənməz sevgisinin bir nümunəsidir.
Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları, görkəmli elm və sənət adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir