Diaspor.Az xəbər verir ki Sankt-Peterburqda “Texnologiya İnstitutu” metro stansiyası yaxınlığında terror aktı qurbanlarının xatirə memorialını Azərbaycanın Sankt-Peterburqdakı Konsulluğunun əməkdaşları və diaspor nümayəndələrimiz ziyarət edib, hadisə yerinə gül dəstələri qoyublar.
Peterburqluların özləri də davamlı olaraq memoriala gül gətirirlər.
Memoriala həmçinin terror hücumu zamanı ölənlərdən biri olan 20 yaşlı azərbaycanlı Dilbarə Əliyevanın şəklini gətiriblər. Digər şəhərlərin sakinləri isə ümumilikdə Sankt-Peterburqa, eləcə də ayrı-ayrılıqda terror qurbanlarının ailələrinə və yaxınlarına dəstək verdiklərini ifadə edirlər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar