İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Prezidentin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.
İSBAM-dan Mia.az-a verilən məlumata görə, dünyanı cənginə alan məlum virusla bağlı ölkəmizdə ciddi qabaqlayıcı və proflaktik tədbirlər həyata keçirilir: “İnanırıq ki,dövlətimizin və xalqımızın birliyi nəticəsində bu təhlükəli virusdan vətəndaşlarımızı xilas edə biləcəyik.Prezident tərəfindən yaradılmış fonda xalqımızın bütün təbəqələrini dəstək göstərməyə çağırırıq.İndiki məqamda içtimayyətin fəal olması önəmlidir”.