Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Azərbaycanın bəzi bölgələrində SMS icazə sistemi ləğv olunur – Rəsmi

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Check Also

FHN yağıntılı havaya görə əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə  FHN-dən məlumat …