Bazar , 22 Dekabr 2024
Drone Cameras

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u açılıb

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u fəaliyyətə başlayıb.

“Barkers”də yerləşən “Fashion Pavilion”a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz. “Fashion Pavilion” istənilən tərzdə ekslüziv brendlərin tikiliş və satışını həyata keçirir və festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək yolunuzu gözləyir. Bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək keyfiyyət və müasir dəbə əsaslanır. Milli ruhda təkrarolunmaz məhsullardan hazırlanan mallar, istəyinizə uyğun olaraq, Sizin üçün hədiyyə qablaşdırmasında təqdim edilir.

Məşhur modelyerlərin – Zümrüd Mirzəliyeva, Hökümə Hacıyeva (Hokuma by Hokuma Hajiyeva), Lalə Ağayeva (“Laco” by Lala Agayeva), “Türban Moda”, “Bechique”, “El Carre”, “Mütəkkəh”, Milena Nəbiyeva, Renara, Amapola, Baharı, Nadit, S.E.V. Handmade, “Gazelli”, “Janar” brendləri arasında seçim edib istədiyiniz müəllifdən brend geyim, aksesuar və mebel əldə edə bilərsiniz.

Bundan başqa, brend markaları öz ölçüsünə uyğun sifariş etmək istəyənlər üçün şad xəbər: hər gün yerli dizaynerlərlə görüş keçiriləcək və hətta istədiyiniz dizaynerdən öz ölçünüzə uyğun fərdi tikiş də sifariş edə biləcəksiniz.

Tbilisi prospekti, 35 ünvanında yerləşən “Globus Plaza”da yerləşən “Barkers”ə gəlin və Şopinq Festivalının Modalar Pavilyonunda istədiyiniz brendi seçin və öz ölçünüzə uyğun olan fərdi sifarişinizi verin. Daha ətraflı məlumat üçün 012-464-92-00 telefon nömərsinə zəng edə bilərsiniz.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir