Sosial şəbəkələrdə BAXCP sədri Qüdrət Həsənquliyevə məxsus binanın görüntüləri yayılıb. Görüntülərdən məlum olur ki, bina tam hazır vəziyyətdədir, demək olar ki, bütün mənzillər satılıb. Binanın satış ofisindən bildirilir ki, binanın sahibi deputat Qüdrət Həsənquliyevdir. Onun yaxın qohumu olan Çingiz adlı şəxs burada nəzarəti həyata keçirir. Həmin Çingiz adlı şəxsin Bakıda “Çingizxan” adlı restoranının da olduğu deyilir. Müxalifət partiya sədrinin şəhərin mərkəzində, Möhsün Sənani küçəsində qiymətli bir mülkə sahib olması ciddi maraq doğurmaqdadır. Böyukmillet.com görüntünü təqdim edir:
Check Also
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq
“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …
Boyukmillet.com Biz yanmasaq vətən yanar