Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2020-ci ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni icraçı direktoru təyin edilib.
Hazırda Əhməd İsmayılovun rəhbərliyi ilə Fondda yeniləşmə işlərinə başlanılıb. Hələki təhvil-təslim prosesini yaşayan KİVDF-də mətbuatın inkişafına xidmət edən yeniliklərin olacağı gözlənilir.
“Rupor” saytı KİVDF-nin rəsmi saytının hələ də köhnə versiyada qalmasının səbəbi ilə maraqlanıb.
Fondan bildiriblər ki, yeni saytın qurulması sifariş verilib və hazır olana qədər yeni xəbərlər, elanlar hələlik köhnə saytda yerləşdiriləcək.
Check Also
Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib
Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
