Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

2017-ci ildə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnoz açıqlanıb

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil edəcək.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8% həcmində nəzərdə tutulur.

2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 9,9%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşəcək.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir