Cümə , 27 Noyabr 2026
Drone Cameras

Nizami Gəncəvinin əsərləri Yunanıstanda beynəlxalq tədbirdə nümayiş olunub

Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, tədbirdə  Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir.

16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış ediblər.

Tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq  tədbir bu gün yekunlaşacaq.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir