Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Tənzilə Rüstəmxanlı: “Tahir Rzayev ölkənin bütün qadınlarından üzr istəməlidir”

Onun kimi deputatlar ölkəmizin nüfuzuna zərbə vurur”

Bu sözləri  Azərbaycan Türkiyə Evinin rəhbəri , Azər-Türk Qadınlar Birliyinin sədri  Tənzilə Rüstəmxanlı deyib.

O bildirib ki, Tahir Rzayevin deputatlıq mandatı müzakirə olunmalıdır:

“Əgər bir ölkənin millət vəkili atla qadını müqayisə edirsə, görün, cəmiyyətin qadına münasibəti nə yerdədir. Buna nə ad verək? Yazıqlar olsun! Bu cür deputatlar ölkəmizi beynəlxalq qurumlar qarşısında biabr edir. Qadın hüquqları təşkilatları, ictimai qurumlar, mətbuat bu şəxsin üzərinə getməlidir. Tahir Rzayev ölkənin bütün qadınlarından üzr istəməlidir, ya da onun mandatı müzakirə olunmalıdır”.

T.Rüstəmxanlı onu da qeyd etdi ki, qadın millət vəkilləri də Tahir Rzayevin dediyi fikrə sərt münasibət bildirməlidir.

Xatırladaq ki, millət vəkili Tahir Rzayev qadınları atla müqayisə edərək “Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!” 

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir