Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənilər Gəncəliyevi ölüm və terrorla hədələdi – Şok

Sosial şəbəkələrdə, xüsusilə, informasiya müharibəsi konteksində çox aktiv fəaliyyət həyata keçiririk. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq orada da aktiv olmağa məcburuq. Xüsusilə son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər.

Boyukmillet.com Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

“Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi”, – deyə T.Gəncəliyev vurğulayıb.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …