Şənbə , 14 Mart 2026
Drone Cameras

“Həbs olunan icra başçılarının hakim YAP üzvü olması bizi məyus edir” – Əli Əhmədov

YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov həbs olunan icra başçılarının Yeni Azərbaycan Partiyasından xaric olunacağı ilə bağlı məsələyə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarından sonra bu barədə qərar veriləcək:

“Belə hadisənin baş verməsi bizi kədərləndirir. Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bizi məyus edir. Bundan çox bizi məyus edən onların prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”.  /Unikal.org/

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …