Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bu Avropa ölkəsində karantin bitdi – Əhali 7 maydan adi həyata qayıdıb

Serbiyada koronavirusla bağlı tətbiq edilmiş fövqəladə vəziyyət ləğv olunub. Mayın 7-dən etibarən əhali adi həyata qayıdıb.

Boyukmillet.com xəbər verir ki, ölkədə COVID-19 virusuna yeni yoluxmaların kəskin surətdə azalıb. Bu səbəbdən martın 15-dən bəri tətbiq edilən komendant saatı və fövqəladə vəziyyət tamamilə ləğv edilib.

Lakin bununla belə qrup halında toplaşmaq, gəzmək, o cümlədən toylar, xaç mərasimləri, ad günləri kimi kütləvi tədbirlər iyunun 15-dək qadağandır. Məktəblər, idman zalları da bağlıdır. Aviareyslərin isə tədricən bərpa olunacağı bildirilir.

İndiyədək Serbiyada 9791 yoluxma halı qeydə alınıb. Onlardan 1971-i artıq sağalıb, 203 nəfər isə həyatını itirib. Digərləri isə evlərində xüsusi nəzarət altında müalicə alırlar.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …