Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qulamrza Təbrizi vəfat edib

Dünya Azərbaycanlıları Konqresinin həmsədri (DAK ), millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycanlı alim, ictimai xadim, professor Qulamrza Səbri Təbrizinin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Güney Azərbsycanın dəyərlı aydını, şairi, elm xadimi, Vətən fədaisi Qulamrza Səbri Təbrizi dünən dünyasını dəyişib.
Qulamrza Səbri Təbrizi Arazın o tayında da, bu tayında da yaxşı tanınan, toplum arasında hörməti olan, təbiəti etibari ilə xeyirxah, xoş əməllər üçün doğulmuş bir adam idi. Biz onunla bir müddət Dünya Azərbaycanlıları Konqresində bərabər çalışmışdıq. Dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması işinə ürəkdən bağlı idi və bu yolda heç bir fədakarlığdan çəkinməzdi…
Araya girənlər çox oldu, lakin dostluğumuzu poza bilmədilər. Çünki niyyət və hədəf bir idi. Səbri Təbrizi Güney Azərbaycandan olan gənclərin, tələbələrin maddi və mənəvi dayaqlarından biri olaraq çox zəhmətə qatlaşmışdı.
Səbri Təbrizi uzun illər Böyük Britaniyada Azərbaycan klassik ədəbiyyatını tədris etmişdi. Ömrünün axırına yaxın bütövlüklə Bakıya bağlanmışdı və burda da torpağa verildi…
Kitabları, dostları, əqidədaşları var olduqca o da yaşayacaqdır. Əziz dostumuza Allahdan rəhmət diləyirəm!..”

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …