Bazar , 22 Dekabr 2024
Drone Cameras

Vaşinqtonda və Los-Ancelesdə türk və Azərbaycan icmaları ermənilərə cavab etiraz nümayişləri keçiriblər

Aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə ermənilər belə adlandırılan “erməni soyqırımı”nın 102-ci ildönümü ilə əlaqədar nümayişləri keçiriblər. ABŞ prezidentinin 1915-ci il hadisələri haqqında danışarkən “soyqırım” sözü işlətməsinə və ABŞ Konqresində bu haqda qətnamə qəbul edilməsinə nail ola bilməmiş erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu qarşısında növbəti kütləvi şou təşkil edib.

Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında təxminən yüz nəfər – Vaşinqtonun erməni icmasının üzvləri, erməni lobbistləri və Ermənistan səfirliyinin nümayəndələri, Türkiyənin Los-Ancelesdəki konsulluğunun qarşısında isə Kaliforniyanın erməni icmasının bir neçə min nümayəndəsi toplaşmışdı. Məlum olduğu kimi, Kaliforniyada təxminən 800 min erməni yaşayır, onların əksəriyyəti Los-Ancelesdə məskunlaşıb.

Hər iki şəhərdə, ermənilərin toplaşdığı yerdən bir küçə aralıda türk, məsheti türkləri və Azərbaycan icmaların nümayəndələri ermənilərə cavab olaraq etiraz nümayişləri keçiriblər. Bu nümayişlərin məqsədi ermənilərin yalan təbliğatını ifşa etmək, və Birinci Dünya müharibəsi zamanı erməni silahlı dəstələri tərəfindən Türkiyənin dinc sakinlərinə qarşı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər haqqında Amerika ictimaiyyətini məlumatlandırmaq idi.

Nümayişin gedişində, ermənilər bir neçə dəfə provokasiya törətməyə cəhd ediblər. Yerli KİV-lərdə yayılan məlumatlara görə, Los-Ancelesdə Türkiyə konsulluğunun qarşısında etiraz edən türklərə tərəf müxtəlif əşyalar, o cümlədən butulkalar atmış üç erməni həbs edilib. Vaşinqtonda ermənilərə cavab olaraq keçirilən etiraz nümayişi zamanı türk və Azərbaycan dillərində vətənpərvərlik mahnıları səslənib. Bu etiraz nümayişi Türk-Amerika milli rəhbər komitə tərəfindən təşkil edilib.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir