Bazar , 3 Dekabr 2023

Bülənd Qorxmaz: Şopinq Festival Bakıya çox yaraşır

“Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz bakushopfest.com saytına açıqlamasında Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb.

“Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”, – deyə B.Qorxmaz bildirib.

Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir