Cümə , 27 Fevral 2026
Drone Cameras

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.

Səmərəli keçən görüşdə ATƏT PA-nın yaxın aylardakı fəaliyyəti, xüsusilə 5-9 iyulda Minskdə keçiriləcək 26-cı illik sessiyanın gündəliyinə aid məsələlər müzakirə edilib.

Qeyd edək ki, aprelin 24-də ATƏT PA-nın Büro iclası keçirilib və A.Quliyev iclasda iştirak edib. O, gündəlikdə olan məsələlər haqqında çıxış edib və ATƏT regionu, o cümlədən ölkəmiz üçün vacib olan məsələləri Büro üzvlərinin diqqətinə çatdırıb, müzakirə olunan layihələrə təkliflər verib.

Büro iclası qapalı olduğuna görə detallar barədə məlumat verilmir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir