Tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial səhifəsində ötən gün vəkil Aslan İsmayılovun saytların birində onun haqqında işlətdiyi ifadəyə cavab verib.
– Azərbaycan cəmiyyətinin üz qarası olan, Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum edilmiş, əvvəlki adı Allaverdi olan, sonra adını dəyişib Aslan qoyan, Sumqayıt hadisələrində prokuror olduğu işdə ermənilərin deyil, azərbaycanlıların gülələnməsini tələb edən, Azərbaycandakı “yumurta işi”ndə erməni əsilli iş adamlarının hüquqlarını qoruyan, vəkillikdən qovulan, etdiyi nalayiq hərəkətlərə görə hətta məşq etdiyi idman zalına belə buraxılmayan Aslan İsmayılov adlı şəxs öz səhifəsində bir neçə jurnalisti öz əxlaqına uyğun olan formada təhqir edib.
Onun təhqirinə və böhtanlarına tuş gələnlərdən biri də mənəm. Bayram günləri olduğu üçün, istirahətimi yarımçıq qoyub ona dərhal cavab yazmadım. Demokratiyadan dəm vuran bu adam təhqir və şantaj vasitəsi kimi istifadə etdiyi səhifəsində onun yazdıqlarına cavab verməyə şərait yaratmır.
Narahat olmasın, bu gün layiq olduğu ətraflı cavabını alacaq. Səhifəmi izləyin. Aslanın böhtanlarını tirajlayan saytların rəhbərləri ilə də əlaqə saxlamışam. Həmin saytlarda da cavab haqqımı tanıyacaqlar.