Türkiyə Silahlı Qüvvələri İdlibə əlavə qoşun göndərib.
Boyukmillet.com xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Turan Oğuz deyib.
“Türkiyə Silahlı Qüvvələri hər an əməliyyata başlayacaqmış kimi hazırlıq görür. İdlibə təxminən 4 min avtomobil, 10 minə yaxı şəxsi heyət göndərilib. Eyni zamanda, adı çəkilən bölgəyə “Atılqan ASELSAN”, “Korkut”, HİSAR-O və HAWK-21 hava müdafiə sistemləri də yerləşdirilib. Hazırda Türkiyə ordusu bölgədə fevral ayına nisbətən çoxluq təşkil edir”, – ekspert bildirib.
Qeyd edək ki, Türkiyə ordusu “fevralın 27-də “Bahar qalxanı” antiterror əməliyyatını başladıb. Bir həftə davam edən əməliyyat çərçivəsində İdlib şəhəri terrorçulardan təmizlənib.