Azərbaycan Ukrayna mallarının tranzitlə – Xəzər dənizi vasitəsi ilə İrana göndərməyə razılıq verib. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi tərəfindən məlumat verilib.
Məlumata görə, bu məsələ Bakıda keçirilən Trans-Xəzər Nəqliyyat və Logistika Sərgisi zamanı müzakirə edilib. Ukrayna nazirliklərini, dəmiryol idarəsini və dəniz limanını təmsil edən işçi qrupu Azərbaycan tərəfi ilə Avropa-Qafqaz-Asiya marşrutu ilə bağlı ilk razılaşma əldə edib.
Ukrayna nümayəndə heyəti həmçinin Ələt limanında olub.
“Azərbaycan tərəfi Kurık (Qazaxıstan) limanına bərə xəttinin açıldığını və fider gəmiləri (yüklərin hissə-hissə daşınması) ilə Əmirabad və Ənzəliyə (İran) yüklərin daşındığını deyib. Yeni İpək Yolu marşrutu ilə Çinlə, Şimal-Cənub dəhlizi vasitəsi ilə isə İranla karqo ticarəti genişlənir”, – deyə Nazirliyin açıqlamasında deyilir.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar