Karantin rejiminin həftə sonlarında sərtləşdirilməsi paytaxt polisinin yükünü daha da artırıb. Bu azmış kimi sosial mediada polisi qaralama prosesi də müşahidə olunmaqdadır. Vətəndaşlara dəfələrlə və israrla xəbərdarlıq olunmasına, onların öncədən məlumatlandırılmasına baxmayaraq, yenə də xeyli sayda paytaxt sakini karantin rejimini pozmaq təşəbbüsü göstərib. Bununla yanaşı , polislə bağlı maraqlı paylaşımların olduğuna da rast gəlirik. Bakının Qaradağ rayonu ərazisində xidmət aparan polislərin nümunəvi davranışı xüsusi qeyd edilməlidir. Həmin rayonun ərazisində xidmət aparan polis patrulları hansısa vətəndaşın eyvanından Dövlət Himninin sədalarını eşidən kimi, sayğı duruşu nümayiş etdirərək, hərbi salam veriblər. Boyukmillet.com həmin videonu təqdim edir:
Check Also
Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO
Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …
Boyukmillet.com Biz yanmasaq vətən yanar