Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək.
Rusiya KİV xəbərlərinə görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.
Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbiylə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.